Ayın ən yaxşısı
Leroy Sane "Bavariya"da sentyabr ayının ən yaxşı futbolçusu olub.
Sportline.az xəbər verir ki, Münhen klubunun azarkeşləri komandanın rəsmi saytında gedən səsvermədə ötən ayın ən yaxşısını seçərkən Leroy Saneni 1-ci ediblər.
Səsverməyə əsasən azarkeşlərin 39 faizi Saneyə səs verib. Vinger Mattis Tel və Harri Keyni üstələyib.
Leroy Sane ötən ay ölkə çempionatında 4, Çempionlar Liqasında isə 1 oyun keçirib və 4 qolla yadda qalıb.