"Ayntraxt" finalda

Almaniya kubokunda sonuncu finalçının da adınaaydınlıq gəlib.

Sportline.az xəbər verir ki, “Ştutqart” yarımfinalda “Ayntraxt”la qarşılaşıb. Görüşdən qalib ayrılan “Ayntraxt” adını finala yazdırıb.

Komanda həlledici matçda “Frayburq”u mübarizədən kənarlaşdırmış “Leypsiq”ə rəqib olub.

Final oyunu iyunun 3-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Almaniya kuboku, yarımfinal

3 may

"Ştutqart" – "Ayntraxt" - 2:3
Qollar: T.Tomas, 19, Millot, 83 – Ndika, 51, Kamada, 55, Muani, 77-pen.

Qırmızı vərəqə: Sosa, 85 ("Ştutqart")