"Ayntraxt" fransalı futbolçusu üçün 80 milyon avro tələb edir
"Ayntraxt" fransalı futbolçusu Hüqo Ekitikenin transfer qiymətini açıqlayıb.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, Almaniya klubu H.Ekitike üçün 80 milyon avro tələb edir.
22 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 31 oyunda 17 qol və 6 asistlə yadda qalıb.
Qeyd edək ki, Ekitikenin "Ayntraxt"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.