"Ayntraxt" isveçli futbolçusu ilə yollarını ayıracaq

"Ayntraxt"ın isveçli futbolçusu Hüqo Larsson mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Arsenal", "Liverpul" və "Mançester Yunayted" Larssonu transfer etmək üçün hərəkətə keçib.

Almaniya klubu 20 yaşlı futbolçunu 40 milyon avro qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, Larsson bu mövsüm çıxış etdiyi 30 oyunda 4 qol və 1 asistlə yadda qalıb.

Onun "Ayntraxt"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.