"Ayntraxt"ın yeni baş məşçisi bilindi

Dino Topmöller "Ayntraxt"ın baş məşqçisi təyin olunub.

Sportline.az klubun rəsmi saytına istinaən xəbər verir ki, Frankfurt təmsilçisi yeni çalışdırıcı ilə 2026-cı ilədək müqavilə bağlayıb.

42 yaşlı mütəxəssis bu postda Oliver Qlasneri əvəz edib.

Topmöller 2021-2023-cü illərdə "Bavariya"da köməkçi məşqçi olub.

Bundan əvvəl isə "Leypsiq"də eyni vəzifəni yerinə yetirib.