Aynur Rzayeva: "Medal iddiası ilə gəlmişdim"
Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında qadın boksçumuz Aynur Rzayevanın bürünc medal qazanması xəbərini vermişdik.
Sportline.az saytına danışan Aynur Rzayeva yarışla bağlı təəssüratlarını bölüşüb:
"Məşqlərə çox ciddi və məsuliyyətlə qatılmışdıq. Ağır məşqlər keçirdik. 6 qız iştirak etdi dünya çempionatında. Digər 5 idmançıda təəssüflər olsun ki, medal olmadı. Amma çox yaxşı mübarizə apardılar. Mən də öz növbəmdə buraya medal iddiası ilə gəlmişdim. İstəyimə nail oldum. Uzun illərdən sonra məhz azərbaycanlı qızı bu medalı qazandı. Buna görə çox sevinirəm. Bir dənə olimpiya medalı qalıb. İnşəallah ona doğru irəliləyirik".