Ayşən Abduləzimova legioner həyatı yaşayacaq

Qadın voleybolçuladan ibarət milli komandamızın üzvü Ayşən Abduləzimova legioner həyatı yaşayacaq.

Sportline.az saytı xəbər verir ki, o, karyerasını Macarıstanda davam etdirəcək.

Belə ki, Abduləzimova 2019-2020 mövsümündə bu ölkənin "Vasas Obuda Budapest" klubunda çıxış edəcək.

Qeyd edək ki, Ayşən Abduləzimova 2011-ci ildən Azərbaycan millisində çıxış edir.