Ayxan Abbasov "Turan Tovuz"da

Bu gün "Turan Tovuz" klubunun Müşahidə Şurasının iclası keçirilib.

Sportline.az saytının məlumatına görə, toplantıda komandanın yeni baş məşqçisinin adına da aydınlıq gəlib. Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq klubun sükanı Ayxan Abbasova tapşırılıb.

Klub tərəfindən açıqlamanın yaxın zamanda veriləcəyi gözlənilir.

Ayxan Abbasov son olaraq "Sumqayıt"ı çalışdırıb. O, ötən ilin dekabrından işsiz idi.