Azad agent statusunda olan ulduz futbolçular
2023/2024 mövsümünü başa çatması ilə bir çox futbolçuların da klubları ilə olan müqavilələri sona çatıb.
Sportline.az azad agent statusunda olan bəzi ulduz futbolçuların siyahısını dərc edib.
14 futbolçudan ibarət həmin siyahıda aşağıdakı futbolçular yer alıb.
Rabyo, Varan, Ben Yedder, Martial (Fransa)
Hermoso, De Gea, Tiaqo Alkantara (İspaniya)
Rafa Silva, Andre Qomes (Portuqaliya)
Sesenyon (İngiltərə)
Endidi, İhenaço (Nigeriya)
Qabriel Barbosa (Braziliya)
Delor (Əlcəzair)
Memfis Depay (Hollandiya).
Qeyd edək ki, adı çəkilən futbolçulara Səudiyyə Ərəbistanı liqasından ciddi təklifələr var.