Azarkeşlər Rusiya ilə oyunu boykot etməyə çağırdı
Bosniyalı futbol azarkeşləri təşkilatı "BHFanaticos" ölkələrinin futbol millisininin Rusiya ilə yoxlama oyununu boykot etməyə çağırıb.
Sportline.az xəbər verir ki, bununla bağlı təşkilat sosial şəbəkələrdə müraciət yayımlayıb. Təşkilatın bu addımı atmasına Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəb olub.
Qeyd edək ki, bosniyalı futbolçular Edin Ceko və Miralem Pyaniç açıq şəkildə oyunda iştirakdan imtina ediblər. Lakin UEFA belə bir görüşün keçirilməsinə etiraz etməyib. Çünki yoxlama oyunları qurumun səlahiyyətlərinə aid deyil. Rusiya ilə yoxlama matçının UEFA ilə Bosniya və Herseqovina arasında gələcək əməkdaşlığa mane olmayacağı bildirilib.
Qeyd edək ki, Rusiya - Bosniya və Herseqovina görüşü sentybarın 19-da Sankt-Peterburqda keçiriləcək. Rusiya sentyabrın 24-də isə Qırğızıstanla yoxlama oyununda üz-üzə gələcək.