Azər Əliyev qol vurdu, komandası "Rubin"ə qalib gəldi

Həmyerlimiz Azər Əliyevin şərəfini qoruduğu "Krılya Sovetov" komandası Rusiya kuboku turnirinin 1/4 final mərhələsinə yüksəlib. Sportline.az xəbər verir ki, samaralılar səfərdə "Rubin"i mübarizədən kənarlaşdırıblar. 55-ci dəqiqədə komandasının ikinci qolunu vuran Azər Əliyev qələbədə pay sahibi olub. Qeyd edək ki, görüş 2-1 hesabı ilə qonaqların xeyrinə nəticələnib.