Azərbaycan 2022-ci ildə idmanda ilk qızıl medalını qazanıb

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov ISSF Qran-Pri yarışında qızıl medal qazanıb.

Sportline.az xəbər verir ki, Ruslan Lunyov Sloveniyanın Ruşe şəhərində keçirilən yarışda pnevmatik tapançadan 10 m məsafəyə atəş açmada qızıl medal qazanıb.

Xəbəri sosial şəbəkə hesabında paylaşan gənclər və idman naziri Fərid Qayıbov "İlin ilk qızılı" yazıb.