Azərbaycan 43-ə çatdı

Azərbaycan paralimpiyaçıları Tokio 2020-nin üçüncü yarış gününü 4 medalla tamamlayıb.

Sportline.az xəbər verir ki, bununla millimizin Paralimpiya Oyunlarında əldə etdiyi medalların sayı 43-ə çatıb. Mükafatlardan 12-si qızıl, 11-i gümüş, 20-si bürünc əyarlıdır. 

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Oyunlara 1996-cı ildən qatılır. İlk cəhdini medalsız başa vuran millimiz Sidney 2000-də 1 gümüş,  Afina 2004-də 2 qızıl, 1 gümüş, 1 bürünc, Pekin 2008-də 2 qızıl, 3 gümüş, 5 bürünc, London 2012-də 4 qızıl, 5 gümüş, 3 bürünc, Rio 2016-da 1 qızıl, 8 gümüş, 2 bürünc mükafat qazanıb. Tokio 2020 boğçamızda isə hələlik 3 "qızıl", 2 "bürünc" var.