Azərbaycan Belçika ilə üz-üzə gələcək

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.

Sportline.az xəbər verir ki, yığma səfərdə Belçika ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi avqustun 16-da Avstriyanı qəbul edəcək. Komanda daha əvvəl evdə Belçikaya, səfərdə Avstriyaya 0:3 hesabı ilə uduzub.