Azərbaycan birinciliyində mükafatçılar bəlli olub
16 yaşadək voleybolçu qız və oğlanların Azərbaycan birinciliyində mükafatçılar bəlli olub.
Sportline.az xəbər verir ki, İyunun 2-də AVF-nin İdman zalında qızların və oğlanların yarışında bürünc və qızıl medal uğrunda oyunlar keçirilib. Qızlar arasında üçüncü yer uğrunda qarşılaşmada “Şərqi
Zəngəzur RVK“ komandası “Bakı VK“nı 3:0 hesabı ilə məğlub edib. Oğlanların mübarizəsində isə “Gəncə RVK“ komandası “AZERRAIL-3“ klubuna 3:0 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.
Qızların finalında “Möminə Xatun” komandası “AZERRAIL” klubunu, oğlanların finalında isə “Oğuz RVK” komandası “Bakı RVK”nı 3:2 hesabları ilə məğlub edərək çempion olublar.
Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi başlayıb. Qaliblərə kubok və medallar təqdim olunub. Mükafatları AVF-nin baş katib Faiq Orucov, icraçı direktor Vüqar Hüseynzadə və maliyə direktoru Sənan Cəfərov təqdim ediblər.
Beləliklə, qızların birinciliyinin qalibi olan “Möminə Xatun” komandasına qızıl medal və kubok, “AZERRAIL” klubuna gümüş, “Şərqi Zəngəzur RVK” komandasına isə bürünc medallar təqdim edilib.
Oğlanların yarışının qalibi olan “Oğuz RVK”ya qızıl medal və kubok, “Bakı RVK” komandasına gümüş, “Gəncə RVK” klubuna isə bürünc medallar verilib.
Sonda qaliblərlə xatirə şəkli çəkdirilib.
Azərbaycan birinciliyi (U-16)
Qızlar
III YER
“Şərqi Zəngəzur RVK” - “Bakı VK” 3:0 (25:13, 25:19, 25:20)
Final
“AZERRAIL” - “Möminə Xatun” 2:3 (23:25, 25:22, 25:20, 23:25, 9:15)
Oğlanlar
III YER
“Gəncə RVK” - “AZERRAIL-3” 3:0 (25:10, 25;21, 25:21)
Final
“Oğuz RVK” - “Bakı RVK” 3:2 (25:15, 21:25, 25:17, 20:25, 16:14)
Qızlar
1️⃣ “Möminə Xatun”
2️⃣ “AZERRAIL”
3️⃣ “Şərqi Zəngəzur RVK”
Oğlanlar
1️⃣ “Oğuz RVK”
2️⃣ “Bakı RVK”
3️⃣ “Gəncə RVK