Azərbaycan boksçuları MDB Oyunlarında 10 medal qazanıb
Belarusda keçirilən II MDB Oyunlarında boks yarışlarına yekun vurulub. Azərbaycan millisi turniri 10 medalla başa vurub.
Sportline.az xəbər verir ki, Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş mükafata sahib olublar.
Digər boksçularımızdan Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) isə Oyunları bürünc medalla bitiriblər.
Azərbaycan yığması bu nəticə ilə komanda hesabında 5-ci yeri tutub.
Qeyd edək ki, boksçular Bakıya avqustun 14-də qayıdacaqlar.