Azərbaycan çempionatında final mərhələsinin növbəti turuna start verilib
Qadın həndbolçuların Azərbaycan çempionatında final mərhələsinin növbəti turuna start verilib.
Sportline.az xəbər verir ki, turun açılış matçında I-IV yerlər uğrunda yarışan “Qarabağ” və “İdman Akademiyası” komandaları üz-üzə gəliblər.
“AHF Arena”da keçirilən qarşılaşma "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 33:26.
Qeyd edək ki, turun digər oyunu sabah "Azəryol" və "Kür" komandaları arasında keçiriləcək.