Azərbaycan çempionatında təxirə salınan oyunun vaxtı açıqlanıb
Bu gün keçirilməli olan və əlverişsiz hava səbəbindən təxirə salınan “Mingəçevir” – “Difai” qarşılaşmasının yeni tarixi müəyyənləşib.
Bu barədə Sportline.az-a Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən məlumat verilib.
PFL-in qərarına əsasən matç 28 fevralda Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında baş tutacaq.
Qarşılaşma saat 14:00-da start götürəcək.