Azərbaycan çempionatında yenilik

Futzal üzrə Azərbaycan çempionatında yenilik tətbiq olunacaq.

Sportline.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, fevralın 1-dən etibarən Birinci və İkinci liqaların oyunlarına da üçüncü hakim təyinatı olacaq.

Bu yeniliklə bağlı qərarı AFFA-nın Hakimlər Komitəsi qəbul edib.

Belə ki, indiyə qədər ancaq Yüksək Liqanın və Azərbaycan kubokunun oyunlarına üçüncü hakim təyinatı edilirdi. Birinci və İkinci liqanın oyunlarına isə iki hakim təyinat alırdı.