Azərbaycan çempionatının növbəti oyunları keçirilib
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XVII turunun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, "Abşeron" UNEC-i 3:0 hesabı ilə məğlub edib.
"Azərreyl" "Murov Az Terminal"ı üstələyə bilib - 3:1.
"Gəncə" "Milli Aviasiya Akademiyası"na çətinliklə qalib gəlib - 3:1.
Bu nəticələrdən sonra "Abşeron" turnir cədvəlində 43 xalla liderdir. "Milli Aviasiya Akademiyası" 39 xalla ikinci, "Azərreyl" 29 xalla üçüncü pillədə qərarlaşıb. "Gəncə" 24 xalla dördüncü, "Murov Az Terminal" 18 xalla beşincidir. Xalı olmayan UNEC sonuncu - altıncı yerdədir.