Azərbaycan Cüdo Federasiyasında Milli Mətbuat Günü qeyd olunub

22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən tədbir təşkil edilib.

Sportline.az xəbər verir ki, mərasimdə media nümayəndələri və federasiya rəsmiləri iştirak ediblər.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu jurnalistləri təbrik edib.

O, 2024-cü ilin Azərbaycan cüdosu üçün önəmli hadisələrlə yadda qaldığını söyləyib. Ardınca tatamidə kata nümayiş olunub.

Tədbir əyləncəli oyunlarla davam edib.