Azərbaycan cüdoçuları Avropa çempionatına Türkiyədə hazırlaşır

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət millisi Türkiyənin Samsun şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edir.

Sportline.az xəbər verir ki, hazırlıq prosesinə perespektivli gənc cüdoçularla yanaşı Türkiyə yığmasının üzvləri də qatılıb.

Komanda məşqçilər Şümşat Bəhramov və İlham Məmmədovun başçılığı altında gündə 2 dəfə məşq edərək qarşıdakı yarışlara hazırlaşır.

Qeyd edək ki, gənc cüdoçular sentyabrın 9-dan 12-dək Lüksemburqda keçiriləcək Avropa birinciliyində mübarizə aparacaq.