Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplanışına qatılacaq

Qadın cüdoçulardan ibarət Azərbaycan millisi beynəlxalq təlim-məşq toplanışına qatılacaq.

Sportline.az xəbər verir ki, hazırlıq prosesi 8 - 15 yanvarda Türkiyənin Antalya şəhərində gerçəkləşəcək.

Toplanış 2022-ci ildəki yarışlara hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, yığma Bakıdakı "Atilla" idman klubunda təlim-məşq toplanışı bu gün başa vuracaq.