Azərbaycan cüdoçuları Şimali Makedoniyada təlim-məşq toplanışına qatılıb

Cüdo üzrə gənc oğlanlardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.

Bu barədə Sportline.az-a Cüdo Federasiyasından məlumat verilib.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışda cüdoçularımıza yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edib.

Təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyıb. Qitə birinciliyi sentyabrın 4-7-si aralığında Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.