İlk gündə 2 medal

Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kubokuna start verilib.

SportLine.az xəbər verir ki, ilk yarış günü Azərbaycan milli komandası üçün uğurlu olub. 60 kq çəki dərəsində Azərbaycan finalı baş tutub. Mehman Sadıqov və Kəramət Hüseynov bütün rəqiblərinə qalib gələrək həlledici qarşılaşmada üz-üzə gəliblər. Nəticədə Sadıqov qızıl, Hüseynov gümüş medal qazanıb.

Qeyd edək ki, Orenburq turnirində 16 ölkədən 279 cüdoçu mübarizə aparır.

Azərbaycan Cüdo Federasiyasının məlumatı