Azərbaycan cüdoçularından uğursuz start

Bu gün İsrailin Təl-Əviv şəhərində cüdo üzrə kişi və qadınlar arasında Avropa çempionatına start verilib.

SportLine.az xəbər verir ki, birinci yarış günündə Azərbaycanın 9 cüdoçusu tatami üzərinə çıxıb. Onlardan 6 qadın idmançının hamısı elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Həmçinin, 60 kg çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli də startdaca uduzub. Əvəzində 66 kq çəki dərəcəsində yarışan Orxan Səfərovla Nicat Şıxəlizadənin çıxışı isə nisbətən uğurlu alınıb. 

Nicat Şıxəlizadə 1/4 finaladək irəliləyib. Orxan Səfərov isə yarımfinalda məğlub olub.

Bürünc medal uğrunda görüşdə belaruslu Dmitri Şerşan ilə üz-üzə gələn idmançımız bu dəfə də tatamini məğlub tərk edib. 

Beləliklə, ilk gündə idmançılarımızdan heç biri fəxri kürsüyə yüksələ bilməyib.