Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.
Sportline.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan idmançılarının da ilk rəqibləri müəyyənləşib.
Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 34 ölkədən 240 idmançı mübarizə aparacaq.
1-3 may tarixlərində keçiriləcək Düşənbə Böyük Dəbilqəsinin təsnifat mərhələsi saat 11:00-da, final bloku isə saat 16:00-da start götürəcək.
Kişilər
-60 kq, 1/8 final
Murad Muradlı – Yan Motoli Bonqambe (Fransa) / Muhammadcon Maşaripov (Özbəkistan) cütünün qalibi ilə
-66 kq, 1/8 final
Nizami İmranov – Yerdaulet Bozşa (Qazaxıstan)
İslam Rəhimov – Nursultan Zayzaqaliyev (Qazaxıstan)
-73 kq, 1/8 final
Rəşid Məmmədəliyev – Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə
+100 kq, 1/8 final
Uşanqi Kokauri – Mohammadpuria Banaeyan Tolki (İran)
Camal Qamzatxanov – Yovan Pekoviç (Monteneqro)