Azərbaycan cüdoçusundan gümüş medal
İspaniyanın Mostoles şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan yığması beynəlxalq yarışı bir medalla başa vurub. -57 kq çəki dərəcəsində çıxış edən Vüsalə Hacıyeva gümüş medal qazanıb.
Qeyd edək ki, yarışda Azərbaycan 6 cüdoçu ilə təmsil olunub.
