Azərbaycan cüdosunun siması

Beynəlxalq Cüdo Federasiyası Bakıda keçiriləcək "Böyük Dəbilqə" turniri ilə bağlı poster təqdim edib.

Sportline.az xəbər verir ki, posterdə ev sahibi ölkənin siması kimi Avropa çempionu, Rio-2016 Yay Olimpiya Oyunlarının və dünya çempionatlarının ikiqat gümüş mükafatçısı Rüstəm Orucovun şəkli əks olunub.

Plakatda həmçinin Tokio-2020-nin bürünc mükafatçısı Tsend-Oçir Tsoqbaatar (Monqolustan), yaponiyalı Momo Tamaoki və venesuelalı Anrikelis Barriosun fotosu yer alıb.

Qeyd edək ki, Bakı "Böyük Dəbilqə"si 5-7 noyabrda keçiriləcək. Turnirdə 30 ölkədən 200 cüdoçunun iştirakı gözlənilir.