Azərbaycan - Ermənistan matçının vaxtı açıqlandı

Kişi basketbolçulardan ibarət millimizin, iştirak edəcəyi, kiçik dövlətlərin Avropa çempionatının yeni tarixi açıqlanıb. 

Sportline.az Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytına istinadən xəbər verir ki, yarış 28 iyun - 3 iyul 2021-ci il tarixlərində keçiriləcək. 

B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandiya ilə Andorra seçmələri də mübarizə aparacaq. 

Qeyd edək ki, Avropa çempionatının bu il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.