Azərbaycan Farer adalarını xalsız yola salır
Bu gün UEFA Millətlər Liqasında 5-ci tura yekun vurulub. SportLine.az xəbər verir ki, son oyun günündə daha 7 oyun keçirilib.
"D" Liqasında mübarizə aparan Azərbaycan millisi vacib oyuna çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Farer adalarını qəbul edib.
Matç Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb.
17 noyabr 2018
Millətlər Liqası
"D" Liqası, 3-cü qrup
5-ci tur
Azərbaycan - Farer adaları - 2:0
QOLLAR: Dmitri Nazarov, 18 (1:0); Mahir Mədətov, 29 (2:0)
AZƏRBAYCAN: 1. Kamran Ağayev (Q) (K), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev (Q), 23. Səlahət Ağayev (Q), 3. Ürfan Abbasov, 8. Emin Mahmudov, 9. Mirabdulla Abbasov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Şəhriyar Əliyev, 19. Rahil Məmmədov, 22. Əfran İsmayılov.
Baş məşqçi: Qurban Qurbanov
FARER ADALARI: 1. Nilsen (Q), 3. Davidsen, 4. Qreqersen (K), 5. Nattestad, 6. Hansson, 8. Hendrikson, 9. Rölantsson, 10. Vatnhamar, 15. Faerö, 19. Baldvinsson, 21. Olsen.
Ehtiyat oyunçular: 12. Qestsson (Q), 23. Yoensen (Q), 2. Eqilsson, 7. Bartalsstovu, 11. Vatnsdal, 13. Frederiksberq, 14. Olsen, 17. Vatnhamar, 18. Davidsen, 20. Byartalis, 22. Tomsen.
Baş məşqçi: Lars Olsen
Baş hakim: Dimitrios Massias (Kipr)
Bakı Olimpiya Stadionu