Azərbaycan Gürcüstana qalib gəlib

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, milli komandamız Gürcüstan kollektivi ilə üz-üzə gəlib.

İsveçdə təşkil olunan qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda ötən gün İsveçə uduzub - 0:3.