Azərbaycan I Liqasında yanvarın ən yaxşı qolunun müəllifi mükafatlandırılıb

Azərbaycan I Liqasında yanvar ayının ən yaxşı qolunun müəllifi olan “Karvan” klubunun futbolçusu Emil Qasımov mükafatlandırılıb.

Sportline.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Ona mükafatları “ASCO Arena”da keçirilən “Cəbrayıl” - “Karvan” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.