Azərbaycan idmançısı İtaliyada qızıl medal qazandı

İtaliyanın paytaxtı Romada cüdo üzrə Avropa kubokuna start verilib.

SportLine.az-ın məlumatına görə, Azərbaycanı 60 kq çəki dərəcəsində təmsil edən Oruc Vəlizadə qızıl medala sahib olub. O, ardıcıl olaraq Rusiya, Fransa, Qazaxıstan təmsilçilərini məğlub edərək qrup birincisi kimi yarımfinala çıxıb. Bu mərhələdə fransız Silven Julenə qalib gələn Vəlizadə finalda qazaxıstanlı Dauren Syukenovu da məyus edərək Avropa Kubokunun sahibi olub.

Bu çəkidə mübarizə aparan Rövşən Əliyev bürünc medal uğrunda görüşdə uduzaraq 5-ci yeri tutub. 66 kq çəki dərəcəsində yarışan Tərlan Kərimov ilk görüşdə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, yarışda 46 ölkədən 275 cüdoçunun qatıldığı yarışa fevralın 17-də yekun vurulacaq.