Azərbaycan kareteçiləri dünya çempionatına yola düşdü

Azərbaycan Karate Federasiyasının ənənəvi karate şito-ryu üslubu üzrə milli komandası Xorvatiyanın Varajdin şəhərində keçiriləcək dünya çempionatında iştirak etmək üçün yola düşüb.

Bu barədə Sportline.az-a Karate Federasiyasından məlumat verilib.

Azərbaycan Karate Federasiyasının ənənəvi karate şito-ryu üslubu üzrə nümayəndəsi Bahadur Əhmədov rəhbərlik edir.

Yarış 6–8 iyun 2025-ci il tarixlərində keçiriləcək.