Azərbaycan klubuna türkiyəli baş məşqçi təyin olundu

Qadın voleybolçulardan ibarət “Abşeron” komandasının yeni baş məşqçisi məlum olub.

Sportline.az xəbər verir ki, bu vəzifəyə Haluk Korkmaz gətirilib.

Türkiyəli mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Onun köməkçisi bolqarıstanlı Blaqovest Todorov olacaq.

Qeyd edək ki, Korkmaz son olaraq ölkəsində “Nilüfer Belediyespor”da işləyib.