Azərbaycan komandası 93 ölkə arasında 3-cü oldu

Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə "Böyük dəbilqə" turniri yekunlaşıb.

SportLine.az xəbər verir ki, yarışın son günündə komandamız daha üç medal qazanıb. Məmmədəli Mehdiyev (90 kq) qızıl, Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medala sahib çıxıb. Bunadək Rüstəm Orucov (73 kq) da fəxri kürsüyə qalxıb. O da "bürünc"lə təltif edilib.

Beləliklə, Azərbaycan komandası yarışı 1 qızıl və 3 bürünc medalla bitirib. Bununla da seçməmiz "Böyük dəbilqə"ni 3-cü pillədə başa vurub:

1. Yaponiya - 9 qızıl, 3 gümüş, 3 bürünc
2. Braziliya - 1 qızıl, 1 gümüş, 4 bürünc
3. Azərbaycan - 1 qızıl, 3 bürünc

Ümumilikdə, Almaniyada 6 ölkənin (Yaponiya, Braziliya, Azərbaycan, Böyük Britaniya, Kuba və Kosovo) idmançısı qızıl medala layiq görülüb.