Azərbaycan komandası Dünya Kubokuna qələbə ilə başlayıb

İsveçrənin Sankt Moritz şəhərində 37-ci Qarüstü Polo üzrə Dünya kuboku start götürüb.

Sportline.az xəbər verir ki, 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəni "Land of Fire" komandası təmsil edir. Elçin Camallının rəhbərlik etdiyi kollektiv ilk görüşündə "Pier Jüe" klubu ilə qarşılaşıb və rəqibinə 7:2,5 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

"Land of Fire" komandası yanvarın 29-da yarımfinal oyununa çıxacaq. Rəqib bugünkü qarşılaşmalardan sonra məlum olacaq.

Qeyd edək ki, turnir yanvarın 30-dək davam edəcək.