Azərbaycan komandası ilk gün medalsız qaldı

İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Qran-pri yarışı start götürüb. SportLine.az xəbər verir ki, ilk yarış günündə 9 idmançımız tatamiyə çıxıb. 

Mübarizəyə qoşulanlardan ikisi - 66 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərovla İbrahim Əliyev təsəlliverici görüşə qatılıb. İ.Əliyev bu mərhələdə qələbə qazanmaqla bürünc medal uğrunda görüşə vəsiqə əldə edib. Burada ispaniyalı Alberto Qaiteroya uduzan idmançımız medalı əldən verib.

Beləliklə, Azərbaycan komandası ilk günü mükafatsız bitirib.

Qeyd edək ki, Azərbaycan Qran-pridə 12 kişi, 6 qadın cüdoçu ilə təmsil olunur. 

Sabah Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Murad Fətiyev (81 kq) yanvarın 25-də, Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq) və İrina Kinderzka (+78 kq) isə ertəsi gün yarışacaq. Qran Pridə 53 ölkədən 379 idmançı mübarizə aparır. Turnirin mükafat fondu 100 min dollardır.