Azərbaycan Kubokuna yekun vuruldu

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə kerçirilən gənc və yeniyetmə idmançılar arasında Azərbaycan Kubokuna yekun vurulub. SportLine.az xəbər verir ki, oktyabrın 11-də start götürən yarışda 130 iştirakçı qalib adı uğrunda mübarizə aparıb. Şəxsi-komanda xarakteri daşıyan turnirdə paytaxt və bölgə tennisçiləri bacarıqlarını göstəriblər.

Mükafatlandırma mərasimində iştirakçıları salamlayan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısından söz açıb.

Ardınca qaliblər kubok və mükafatlarla təltif olunub.

Qeyd edək ki, tədbirdə həmçinin, Federasiyanın yeni vitse-prezidenti Səbuhi Mehdizadə idman ictimaiyyətinə təqdim edilib.