"Kəpəz", "Zirə" və "Qəbələ" növbəti mərhələdə

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

Sportline.az xəbər verir ki, son oyun günü üçün nəzərdə tutulan 3 matçdan 2-si artıq başa çatıb.

“Qəbələ" səfərdə 1-ci divizion təmsilçisi “Turan Tovuz”un qonağı olub və 2 cavabsız qolla qalib gəlib. Beləliklə, əyalət təmsilçisi 1/4 finalda “Qarabağ”la qarşılaşacaq.

16:00-da başlayan görüşdə isə “Qaradağ Lökbatan” “Zirə”ni qəbul edib. Böyük hesabla qalib gələn "Zirə" 1/4 finalda "Neftçi" ilə üz-üzə gələcək.

“Sabah” isə “Kəpəz”i sınağa çəkib. Paytaxtdakı qarşılaşmada mərhələ keçən "Kəpəz" növbəti mərhələdə “Keşlə”yə rəqib olub.

Xatırladaq ki, artıq 1/4 finalın ilk cütlüyü bəllidir. Ötən gün “Zaqatala”nı 3:2 hesabı ilə məğlub edən "Səbail" növbəti mərhələdə "Sumqayıt"la qarşılaşacaq.


25 yanvar

Azərbaycan kuboku

1/8 final


16:00. “Qaradağ Lökbatan” – “Zirə” - 0:4
Qol: 
Nemanya Andelkoviç, 12 (0:1), Davit Volkov, 27 (0:2), Musa Qurbanlı, 30 (0:3), Davit Volkov, 45+1 (0:4)
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
“Dalğa Arena”

14:00. “Turan Tovuz” – “Qəbələ” - 0:2
Qol: 
Stefan Vukçeviç, 32, Ceyms Adeniyi, 45+2
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Tovuz şəhər stadionu

17:00. “Sabah” – “Kəpəz” 1:2

Qollar: Filip İvanoviç, 45+1 (1:0), Samir Qurbanov, 68 (1:1), Əli Səmədov, 84 (1:2)
Hakimlər:
 Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
“Bank Respublika Arena”


24 yanvar

"Səbail" - "Zaqatala" - 3:2

1/4 final cütləri

“Sumqayıt” – “Səbail” cütünün güclüsü ilə “Qarabağ” – “Qəbələ” matçının qalibi

“Keşlə” - “Sabah” – “Kəpəz” oyununun qalibi

“Neftçi” - “Qaradağ Lökbatan” – “Zirə” oyunun qalibi

Qeyd edək ki, 1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri isə 6-7 fevralda keçiriləcək.