Azərbaycan Kuboku: "Səbail" "Zaqatala"nı məğlub etdi

Azərbaycan kubokunda 2020/21 mövsümünə start verilib.

Sportline.az xəbər verir ki, turnirin açılış oyunu Bakıda keçirilir.

“Səbail” “ASCO Arena”da birinci divizion komandası “Zaqatala”nı sınağa çəkir.

Cütün qalibi növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq.

Qeyd edək ki, 1/8 finalın digər 3 oyunu (14:00. “Turan Tovuz” – “Qəbələ”, 16:00. “Qaradağ Lökbatan” – “Zirə”, 17:00. “Sabah” – “Kəpəz”) yanvarın 25-də keçiriləcək.

Azərbaycan kuboku, 1/8 final

24 yanvar (bazar)

15:00. “Səbail” – “Zaqatala” - 3:2 (İkinci hissə)
Qollar: Amil Yunanov, 26 (1:0), Roini İsmayılov, 31 (1:1), 40 (1:2), Adil Nağıyev, 62 (2:2), Əfran İsmayılov, 84
Hakimlər: Namiq Bəkirov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
“ASCO Arena”