Azərbaycan Kubokunu "Qəbələ" qazandı

Bu gün Azərbaycan kubokunun 2023-cü il üzrə qalibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, həlledici görüşdə "Neftçi" və "Qəbələ" üz-üzə gəlib. Əlavə vaxtda qol vuran bölgə klubu kuboku qazanıb.

Qeyd edək ki, bu günədək “Neftçi” 6 dəfə, “Qəbələ” isə 1 dəfə Azərbaycan kubokunun sahibi olub.

Xatırladaq ki, Premyer Liqada "Nefçi" 3-cü, "Qəbələ" isə 4-cü yer tutaraq Konfrans Liqasına vəsiqəni təmin edib. Buna görə də matç avrokuboklara vəsiqə baxımından əhəmiyyət daşımır. 

Qeyd edək ki, kubokun son qalibi "Qarabağ"dır. 

Azərbaycan kuboku

Final

20:00. "Neftçi" - "Qəbələ" 0:1

Qol: İsnik Alimi, 102-penalti

"Bakcell Arena".