Azərbaycan kubokunun qalibi məlum oldu

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bilinib.

Sportline.az xəbər verir ki, finalda "Araz-Naxçıvan" və PFL komandaları üz-üzə gəliblər.

Rəqibini 7:1 hesabı ilə üstələyən PFL baş mükafata sahib çıxıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" başa çatan mövsümdə 52 xalla Yüksək Liqada çempion olub.

PFL isə I Liqanı 30 xalla ilk sırada bitirib.