Azərbaycan - Malta görüşünün hakimləri məlum oldu

UEFA Millətlər Liqasının IV turunun Azərbaycan – Malta oyununa təyinatlar açıqlanıb.

SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü xorvatiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi İvan Bebek olacaq. Ona Tomislav Petroviç və Miro Qrqiç kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Qoran Pataki yerinə yetirəcək. Oyunun əlavə köməkçi hakimləri isə Mario Zebeklə Qoran Qabrilo olacaq. 

Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Malta oyunu 20:00-da başlanacaq.