Millimiz Maltanın müqavimətini qıra bilmədi
Bu gün UEFA Millətlər Liqasında 4-cü tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilir.
"D" Liqasının 3-cü qrupunda mübarizə aparan Azərbaycan seçməsi Maltanı qəbul edib. Ötən oyun Farer adalarını məğlub edən Qurban Qurbanovun rəhbərlik etdiyi komanda, bu dəfə də azarkeşlərini sevindirə bilməyib. Görüşdə qalib müəyyənləşməyib.
14 oktyabr 2018
Millətlər Liqası
"D" Liqası, 3-cü qrup
4-cü tur
Azərbaycan - Malta - 1:1
QOLLAR: Muskat, 37 (0:1); Araz Abdullayev, 53 (1:1)
Azərbaycan: 1. Kamran Ağayev (k.), 2. Qara Qarayev, 4. Pavlo Paşayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 19. Rahil Məmmədov, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 12 Şahrudin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 3 Ürfan Abbasov, 6 Bəxtiyar Həsənalızadə, 8 Emin Mahmudov, 9 Namik Ələskərov, 10. Ruslan Qurbanov, 11 Ramil Şeydayev, 14 Rahid Əmirquliyev, 15 Cavid İmamverdiyev, 18 Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə
Baş məşqçi: Qurban Qurbanov
Malta: 1. Endryu Hoqq, 3. Jozef Zerafa, 4. Stiv Borq, 5. Andre Aqius, 8. Pol Feneç, 9. Jozef Mbonq, 10. Andre Şembri (k), 11. Rouen Muskat, 15. Xuan Korbalan, 17. Rayan Kamilyeri, 19. Alfred Effionq
Ehtiyat oyunçular: 12. Anri Bonelyo, 23. Stiv Sultana, 16. Ferdinando Apap, 22. Keyn Attard, 2. Maykl Conson, 21. Roderik Briffa, 6. Cek Qreç, 18. Byorn Kristensen, 17. Stefan Pisani, 20. Endryu Kohen, 16. Jan-Pol Farrucia, 13. Kleyton Faylla
Baş məşqçi: Raymond Faruccia
Baş hakim: İvan Bebek (Xorvatiya)
Bakı Olimpiya Staionu, Bakı