Milli Avropa çempionatının II seçmə mərhələsində növbəti oyununa çıxacaq

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsində bu gün ikinci oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, B Liqasının IV qrupunda yer alan milli meydan sahibi Albaniya ilə üz-üzə gələcək.

Eqnatiyada yerləşən “Rrogozhine” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlanacaq.

Qeyd edək ki, U-19 daha əvvəl Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzub.