Azərbaycan millisi beşinci yeri tutub

Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatını beşinci pillədə başa vurub.

Bu barədə Sportline.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Komanda Latviyanın Cesis şəhərində keçirilən yarışın 1/4 finalında Latviyaya uduzub.

İbrahim Məmmədov və Muhəmməd Aslanlıdan ibarət kollektiv qrupda Latviya və Estoniyaya, pley-offda Litvaya qalib gəlmişdi.

Azərbaycanın qızlardan ibarət U-18 yığması isə mübarizəni qrup mərhələsində dayandırıb.