Millimiz Albaniya seçməsinə qarşı

Bu gün futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Sportline.az xəbər verir ki, komandamız Macarıstanın Sombatxey şəhərində Albaniya ilə üz-üzə gələcək.

“Haladas SportKomplexum”dakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Görüşü macar Mihay Kaprali idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də eyni məkanda Qazaxıstan ilə qarşılaşacaq