Azərbaycan millisi "Egey Kuboku"nda iştirak edəcək
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz Türkiyədə təşkil olunacaq beynəlxalq turnirdə “2017 Mercedes Benz Aegean Cup İnternational Youth Tournament”də qüvvəsini sınayacaq.
Noyabrın 19-da start götürəcək turnir ayın 26-a qədər davam edəcək. Yığmamız Türkiyə, Kosovo və Albaniya komandaları ilə birgə A qrupunda mübarizə aparacaq.